Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman dünyanın ən bahalı saraylarından birinin sahibdir.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, şahzadə sözügedən sarayı 2015-ci ildə 230 milyon funta (təxminən 603 milyon manat) satın alıb. Villa Luvesyendə, Versal yaxınlığında yerləşir.
XIV Lüdovik adlı 4645 kvadrat metrlik malikanə 2008-2011-ci illərdə 17-ci əsrdə Fransa qalaları üzərində modelləşdirilib.
Köşkün ən dəbdəbəli bölmələrindən biri salondakı nəhəng akvariumdur. Otaqda divanda əyləşib düz yanında sazan və nərə balığının üzdüyünü görmək mümkündür.
Sarayda 10 yataq, nəhəng qəbul otaqları, kitabxana və 3000 şüşə elit spirti saxlayan şərab zirzəmisi, kinoteatr, açıq və qapalı hovuzlar və gecə klubu var.