Rihannanın fərqli saç düzümü – fotolar

Rihannanın fərqli saç düzümü – fotolar
1546 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən “İHeartRadio” tərəfindən Los-Ancelesdə təşkil olunmuş mükafatlandırma mərasimində iştirak edən müğənni Rihannanın saç düzümü diqqət çəkib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ulduz yenə də görünüşü ilə hamıdan fəqrlənməyi bacarıb. Tədbirdə “ilin ən yaxşı hip hop/R&B mahnısı” və “İlin sənətçisi”  kimi adlara layiq görülən 26 yaşlı ifaçı beş əsas mükafatdan dördünü evinə aparıb.

Tıxacda qaldığına görə mərasimə geçikən Rihanna sevindiyindən rəqs edərək pərəstişkarlarına təşəkkürünü bildirib. Gecədə doyunca əylənən gənc müğənni, popçu və aktrisa Cenifer Lopezlə şəkil çəkdirməyi də unutmayıb.