Keçmiş model Demet Şenerin instaqramdakı sonuncu paylaşımı diqqət çəkib.
Axşam.az xəbər verir ki, iş adamı Tolqa Armanla eşq yaşayan Demet onunla olan fotosunu ilk dəfə paylaşıb. Onun barmağındakı üzük isə izləyicilərdə yeni evliliklə bağlı sual yaradıb.
Qeyd edək ki, keçmiş basketbolçu İbrahim Kutluaydan boşandıqdan sonra iş adamı Cenk Küpeli ilə nikah masasına əyləşən Demet bu evliliyini də yanvar ayında sonlandırıb.