Corc Kluni nişanlısına 750 min dollarlıq üzük bağışladı - foto

Corc Kluni nişanlısına 750 min dollarlıq üzük bağışladı - foto
1876 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir neçə gün əvvəl "Wikileaks"in yaradıcısı Culian Asanjın vəkili Amal Alamuddinlə nişanlanan məşhur Hollivud aktyoru Corc Kluninin nişanlısına bağışladığı üzük mediada müzakirə obyektinə çevrilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, zərgərlərin hesablamalarına görə 750 min dollar qiyməti olan üzük yeddi karatlıq brilyantdan, zümrüd və platindən hazırlanıb.