Rusiya imperatoru II Nikolay Romanov və ailəsinə məxsus, inqilabdan sonra ölkədən qaçaq yolla çıxarılan zinət əşyalarının bir qismi gələn ay İsveçrədə hərraca çıxarılacaq.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, çoxsaylı nadir rəngli brilyantlardan ibarət kolleksiyada çəkisi 25,62 əyyar olan narıncı-çəhrayı almazın 5,9 milyon dollara (təxminən 10 milyon 029 min 951 manat) alıcı tapacağı gözlənilir.
Satış "Sotheby's" hərrac evi tərəfindən təşkil ediləcək. Tarixi aksesuarlar arasında imperatorun xalası Mariya Pavlovnaya məxsus bir cüt brilyant sırğa və böyük oval sapfir broş da yer alır.
Hərrac evi saxlaması üçün diplomat Albert Henri Stopforda əmanət edilən kral ailəsi zərgərlik dəstinin isə 306 min ilə 506 min dollar arasında satılacağını açıqlayıb.
Qeyd edək ki, 1917-ci il Oktyabr inqilabı zamanı sonuncu Rusiya imperatoru II Nikolay və ailəsi güllələnib, sülalənin qalan üzvləri xarici ölkələrə sürgün edilib.