Məşhur ulduz mülkünü 4 milyona satır - Fotolar

Məşhur ulduz mülkünü 4 milyona satır - Fotolar
1150 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli müğənni Kamila Kabello malikanəsini satışa çıxarıb.

Axşam.az xəbər verir ki, ifaçının 3 il əvvəl aldığı ev Los-Ancelesdə, məşhurların yaşadığı səmt kimi tanınan Hollivud Hillsdə yerləşir. O, evi 4 milyon dollar qarşılığında yeni sahibinə təqdim edəcək.

Kamilanın malikanəni satmasına səbəb sevgilisi, popçu Şon Mendeslə Mayamidə yaşamağa qərar verməsi olub.

Müğənninin 585 kvadratmetr sahəyə malik mülkündə hovuz, musiqi studiyası, mətbəx, 4 yataq və 4 vanna otağı var.

Qeyd edək ki, Kamila sözügedən evi 2019-cu ildə 3,4 milyon dollara satın alıb.