Ebru biznesmen sevgilisi ilə Milanda evlənəcək

Ebru biznesmen sevgilisi ilə Milanda evlənəcək
2393 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin cazibədar müğənnisi Ebru Polad toyundan, həyat yoldaşından danışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni, iş adamı olan sevgilisinin kimliyini hələ də gizli saxlayır. Nikah masasına Milanda oturmağı planlaşdıran sənətçi "niyə, məhz, Milan" sualına “həm evlilik, həm də alış-veriş üçün” cavabını verib.

İşdə də, şəxsi həyatında da bəxtinin gətirdiyini deyən E.Polad biznesmen sevgilisinin adının çox hallanmağını istəmir. Özü mətbuatda, efirdə çox görünsə də, buna görə nişanlısı ilə heç bir problem yaşamadığını bildirən Ebru evlilik təklifini necə aldığından da danışıb:

"Münasibətimizin dördüncü ayı idi. Əslində hər şey qəribə oldu. Maşına minərkən əlindəki qutunu mənə uzadanda “bu nədi” dedim. Qutunu açanda içində təkqaşlı brilyant üzük gördüm. "Mənimlə evlənərsən" sualına "hə" deyəndən sonra üzüyü barmağıma taxdı. Mənim üçün üzüyün önəmi yoxdur, sevdiyim insan yanımda olsun yetər. Sevgilim dünyanın ən şirin insanıdır. İnşallah, həmişə belə mehriban olarıq. Heç vaxt evlilik barədə düşünməmişdim, ancaq insan həyatının kişisini tapanda ömrüboyu onunla yaşamaq, həmişə ona aid olmaq istəyir".

Müğənni, ona "dünyam" deyə müraciət edən iş adamını mediaya nikahdan sonra təqdim etməyə hazırlaşır.