Zaur uşaqlığının keçdiyi evdə - fotolar

Zaur uşaqlığının keçdiyi evdə -  fotolar
4286 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalının aparıcısı Zaur Baxşəliyev uşaqlığının keçdiyi rayona gedib.

Axşam.az-ın məlumatına görə, aparıcı köçkün düşən vaxtları məskunlaşdıqları evi ziyarət edib. Orada çəkdirdiyi yeni fotoları İnstaqram səhifəsində paylaşan Zaur bunları yazıb:

"20 il bundan əvvəl əkdiyim ağac. Nə qəribədir. Bəlkə də illər insanı çox dəyişir, amma geri dönüb baxanda yenidən uşaqlaşırsan, həmin Zaur olursan. Bu evdə 6 il yaşamışam. Mənim üçün bura dünyanın ən gözəl evidir. Hər torpağımda bir xatirəm var".

Qeyd edək ki, Z.Baxşəliyev "Öz aramızda" verilişinin çəkilişləri ilə əlaqədar Mingəçevirə yollanıb.