Ulduzlar öz konsertlərində bacardıqları qədər fərqli görünməyə çalışırlar.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, verdikləri konsertlə uzun müddət yaddaşlardan silinməyən həmin tanınmışlar qəribə kostyumlar və kiçik səhnəciklərlə təəccüb yarada bilirlər.
Atəşfəşanlıq və çoşqu dolu konsertlərində parlaq çıxışları ilə seçilənlər arasında Castin Biber, Beyons, Ledi Qaqa, Kanye Uest, Britni Spirs, Aşer, Kristina Aqilera, Keti Perri, Madonna və başqaları var. Bütün dünyanı təəccübləndirən həmin geyim və səhnələrin fotolarını təqdim edirik: