Səudiyyə Ərəbistanında konsertə hazırlaşan Castini hədələyirlər

Səudiyyə Ərəbistanında konsertə hazırlaşan Castini hədələyirlər
522 dəfə oxunub
  • A-
  • A
  • A+

Kanadalı müğənni Castin Biber Səudiyyə Ərəbistanında konsert verməyə hazırlaşır.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçıdan dekabrın 5-də Ciddədə keçiriləcək "Formula 1" Qran-prisində çıxışından imtina etməsi istənilib. Qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının nişanlısı açıq məktubla Castinə müraciət edib. 

"The Washington Post" Xədicə Cengizin pop ulduza müraciətini dərc edib:

"Sevgilim Camalın qatilləri üçün oxuma. Onun qatilini qına. Səsiniz milyonlarla insan tərəfindən eşidiləcək".

Qeyd edək ki, Səudiyyə rejiminin tanınmış tənqidçisi Qaşıqçı 2018-ci ilin oktyabrında 59 yaşında bu ölkənin İstanbuldakı konsulluğunda öldürülüb. O, toy üçün lazım olan sənədləri götürməyə gedib. Cengiz küçədə sevgilisini gözləyərkən jurnalistin bədəni binada parçalanıb.