Ulduzlar Obamanın ziyafətində - fotolar

Ulduzlar Obamanın ziyafətində - fotolar
1622 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən Ağ evdə 100-cü  "White House Correspondents" ziyafəti   keçirilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, gecəyə dəvət olunmuş jurnalistləri, siyasətçiləri,   aktyor və müğənniləri ABŞ prezidenti Barak Obama, birinci ledi Mişel Obama və tədbirin aparıcısı, "Kurs yoldaşları" serialının ulduzu, yumorist Coel Makheyl qarşılayıb.

Yubiley ziyafətində aktrisalar - Lyupita Nionqo, Sofiya Verqara, Cessika Simpson, Dayan Leyn,  modellər - İrina Şeyk, Linda Evanqelista və başqa tanınmış simalar iştirak ediblər.

Gecə boyu son dərəcə yüksək əhval-ruhiyyədə olan Barak Obama səhnədə etdiyi zarafatlarla yadda qalıb.
Xatırladaq ki, "White House Correspondents"- Ağ Evdə işləyən müxbirlərin asossiasiyasıdır. ABŞ prezidenti hər il onların şərəfinə təntənəli şam yeməyi təşkil edir.