"Bu qədər makiyajı kimə etsən gözəl olar" - Demet Akalın

"Bu qədər makiyajı kimə etsən gözəl olar" - Demet Akalın
4074 dəfə oxunub
  • A-
  • A
  • A+
Fevralda uşaq  dünyaya gətirən türk pop müğənnisi Demet Akalın saytların birinə ailəsi ilə bağlı müsahibə verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, doğuşdan sonra tez bir zamanda əvvəlki bədən quruluşunu bərpa edən sənətçi qızından sonra necə dəyişdiyindən danışıb:

"Qızımı ilk dəfə qucağıma alanda tez ikincisini dünyaya gətirmək istədim. O anda insana elə bir güc gəlir ki, hamilə vaxtı çəkdiyin əziyyətləri unudursan. Bir də arıqlayandan sonra bu istək daha da artır.”

D.Akalın qızı Hira doğulandan sonra qalmaqallardan uzaqlaşdığını, kiminləsə söz güləşdirməyin mənasız olduğunu desə də, içindəki çılğınlığın hələ də yaşadığını dilə gətirib.

"Yoldaşınızı qısqanırsınızmı” sualına "sevgili olanda qısqanırdım, o yan-bu yana baxanda “niyə baxırsan?” deyə xəbərdarlıq edirdim" cavabını verən müğənni, Okan aydönümlərini unudanda mütləq xatırlatdığını söyləyib.

Özünü gözəl hesab etməyən Demet “bu qədər kirpiyi kimə taxsan, bu qədər tonal kremi kimə vursan, gözəl olar” deyə zarafat edib:
 
“Bir dəfə “sən çox çirkinsən, o adam səninlə necə evləndi?” deyə mesaj almışdım. Mən də  cavab yazdım ki “Çirkin şansı. Gör, gözəl olsam, kiminlə ailə qurardım”.

Müğənni atasından başqa heç kimi qızını öpməyə qoymur.

Demet müsahibəsində “seksual qadından müqəddəs anaya keçid oldumu" sualına “yox, olmadı, çünki qızımı mən əmizdirmirəm. Okan məni süd verərkən görsəydi, müqəddəs ana kimi baxa bilərdi, ancaq Hiranı uşaq qidası ilə böyütdüyümə görə belə hal baş verməyib” deyə cavab verib.

Yay aylarında bir neçə konsert verməyi planlaşdıran sənətçi yarışmalardan birində münsif olmaq təklifi də alıb:

“Keçən "Popstar" müsabiqəsində Bülənt Ərsoyun qorxusundan özüm ola bilmədim. Mənə ilişməsin deyə hər həftə ona hədiyyə alırdım. Orda nə mən özüm idim, nə də Sərdar Ortaç. Bax, bu işi pula görə edirəm, açıq deyim. Bir də mən ağzıma gələni danışan adamam, birdən kiminsə qəlbini qıraram. Televiziya işi təhlükəlidir, ona görə də bu barədə fikirləşməliyəm”.