“Yeni sədalar”da bu dəfə baş verənlər – fotolar

“Yeni sədalar”da bu dəfə baş verənlər – fotolar
1255 dəfə oxunub
  • A-
  • A
  • A+
“İctimai” telekanalda yayımlanan “Yeni sədalar” verilişində bu dəfə xalq artisti Səməd Səmədov qonaq olub.

Axşam.az-ın məlumatına görə, “Qismət” qrupundan ayrılan müğənni canlı yayıma yeni duet ortaqları ilə qatılıb.
S.Səmədov repertuarını necə seçdiyindən söz açıb:

“Mahnılarımı öz zövqümlə seçirəm, amma tamaşaçının istəklərini də nəzərə alıram. Məni daim izləmələri, dinləmələri üçün bu vacibdir”.

Əməkdar artist Zaur Əmiraslanovun da iştirak etdiyi proqramda həmişəki kimi yenə də “Rumba fiesta” qrupunun solistləri Orxan, Məsut və Elşən tamaşaçıları canlı musiqiyə qonaq ediblər.

Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də İTV-də canlı yayımlanır.