Türkiyənin 44 yaşlı sənətçisi Aşkın Nur Yengi plastik əməliyyatdan sonra ilk dəfə obyektivlərə tuş gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni iki il öncə gözaltı torbalarını aldırıb sinəsini də əməliyyat etdirmişdi. Bu əməliyyatdan sonra cəsarətli şəkillər çəkdirən müğənninin fotoları hamı tərəfindən bəyənilmişdi. Lakin ötən gün ticarət mərkəzində paparassilərlə rastlaşan sənətçinin növbəti əməliyyatının uğursuz keçdiyi məlum olub. Dərisinin həddindən artıq dartılması nəticəsində göz qapaqları yumulmaz hala düşmüş müğənni, jurnalistləri görəndə iri addımlarla qaçmağa başlayıb.