Azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı, aktyor Tolqa Karel keçmiş Türkiyə gözəli Sənəm Kuyucuoğlunu məhkəməyə verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, S.Kuyucuoğlu bir neçə gün əvvəl verdiyi açıqlamada onu narkotiklərə Tolqa Karelin alışdırdığını demişdi.
Hazırda "Survivor" yarışmasında olan aktyorun vəkili bununla bağlı yazılı bəyanat verib:
“Bu çox ciddi ittihamdır. Tolqa Karel bu tip zərərli maddələrdən tamamilə uzaqdır. Sənəm Kuyucuoğlunun dedikləri böhtandır və bu böhtan Tolqanın ailə və iş həyatını zədələyə bilər. Ona görə də məhkəməyə baş vurub hüququmuzu tələb edəcəyik”.