Tarixi Faberje yumurtaları - Fotolar

Tarixi Faberje yumurtaları - Fotolar
830 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya bir müddət hakimiyyətdə olmuş Romanovlar ailəsinə məxsus Faberje yumurtaları Londonda keçirilən sərgidə nümayiş olunub.

Axşam.az xəbər verir ki, Viktoriya və Albert Muzeyinin “Londonda Faberje: romantikadan inqilaba” sərgisinə qatılanlar arasında hersoginya Keyt Middlton da olub. O, zinət əşyalarını yüksək qiymətləndirib.

London Muzeyindəki digər eksponatlar arasında musiqi qutusu olan Kreml yumurtası və içərisində sarayın maketi olan Aleksandr Saray yumurtası da var.

Sərgidə Rusiya, ABŞ, Böyük Britaniya, Fransanın müxtəlif muzeylərindən, eləcə də şəxsi kolleksiyalardan olan eksponatlar nümayiş etdirilir.

Burada "Carl Faberge" zərgərlik evinin iki yüzdən çox eksponatı nümayiş etdirilib. Onların arasında taleyi çox qeyri-adi olan üçüncü imperator Pasxa yumurtası da olub. 1887-ci ildə Pasxa bayramında arvadı Mariya Fedorovnaya hədiyyə etmək üçün III Aleksandrın əmri ilə hazırlanan yumurta sovet illərində itib. 2014-cü ildə amerikalı metal satıcısı onu bazarda 14 min dollara alıb və bir qədər pul qazanmaq üçün onu əritməyi planlaşdırıb. Təsadüfən “The Telegraph” qəzetində həmin yumurtadan bəhs edən fotoşəkilləri olan məqaləni görəndə onun sahibi olduğunu anlayıb. O, Londondakı "Wartski" antik qalereyasının direktoru Kyren McCarthy-ə müraciət edir və dəyərli eksponat kolleksiyada öz yerini alır. Bunun müqabilində tacirə pul mükafatı verilib. Bu zinət əşyasının qiyməti hazırda 33 milyon dollar qiymətləndirilir.