Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi
1403 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı aktrisası, Xalq artisti Nina Urqant vəfat edib.

Axşam.az rus mediasına istinadən xəbər verir ki, bu barədə aktrisanın çalışdığı Aleksandrinski teatrının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nina Nikolaevna Urqant Sankt-Peterburqda 93 yaşında dünyasını dəyişib. O, uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, məşhur aktyor Andrey Urqant onun oğlu, aktyor İvan Urqant isə nəvəsidir.