Amerikalı müğənni Selena Qomez Kaliforniya ştatındakı evini 3.5 milyon dollara satışa çıxarıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, villa 6 yataq otağı və 7 vanna otağından ibarətdir.
Bundan əlavə evin həyətində geniş hovuz var. 21 yaşlı ulduzun harada yaşayacağı açıqlanmır. Amma ona yaxın mənbələrdən biri Selenanın keçmiş sevgilisi Castin Biberdən uzaq bir yerdə yaşamaq istədiyini söyləyib. Onun bu addımı atmasının səbəbi də Castinlə olan xatirələrindən qurtulmaqdır. Müğənni bu barədə açıqlama verməkdən imtina edir.