Türkiyənin tanınmış prodüseri Ahmet Akkaya Azərbaycan şou-biznesinə qoşulmaq niyyətindədir.
Axşam.az-ın məlumatına görə, bir müddətdir müğənni Sevinc Musayeva ilə işbirliyi qurmaq istəyən təşkilatçı onun üçün yeni layihə hazırlayacağını bildirib. Ahmet Akkaya öz şəxsi səhifəsində Sevinc Musayevaya “Gold star” (Qızıl ulduz) titulu verib. Bu titulu təsdiqləmək üçün fərqli layihələr vəd edən təşkilatçı, Sevinclə bağlı planlarını tezliklə açıqlayacaq. Sevinc Musayeva isə “Gold star” titulundan ilham alacağını gizlətmir. Onların birgə əməkdaşlığının mahiyyəti Ahmet Akkayanın səfəri zamanı mətbuata bəlli olacaq. Belə ki, A.Akkaya mayın 9-u Hadisənin Gəncədəki konserti ilə əlaqədar Azərbaycana gələcək.