“Eurovision 2011”in qalibi Eldar Qasımov və aparıcı Rüfət Ağayev dünən gecə Kopenhagenə yollanıb.
Axşam.az-ın məlumatına görə, onlar Danimarkanın paytaxtına “Eurovision”u izləmək və təmsilçimiz Dilarə Kazımovaya dəstək olmaq üçün gediblər.
Dəstəkçilərin arasında "Ok” dərgisinin baş redaktoru Zəhra Bədəlbəyli də yer alıb.
Qeyd edək ki, "Eurovision" bu gün başlayır. Müsabiqənin ikinci yarımfinalı mayın 8-də, final isə 10-da baş tutacaq. Azərbaycan səkkizinci sırada çıxış edəcək.