Şou-biznesin “Zirvədəkilər”i bəlli oldu - fotolar

Şou-biznesin “Zirvədəkilər”i bəlli oldu -  fotolar
3551 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən “Niel” sarayda “Zirvədəkilər” müsabiqəsinin yekunları açıqlanıb.

Axşam.az-ın məlumatına görə, bir neçə aydır “Lider” telekanalında yayımlanan yarışmanın qaliblərinə mükafatlar təqdim edilib. Rejissor Nail Naiboğlunun təşkilatçılığı ilə baş tutan mərasimin aparıcıları müğənni Sevda Sanəliyeva və aktyor Elşad Süleyman olub. Tədbirdə müğənnilər Mətanət İsgəndərli, Lalə Məmmədova, Nadir Qafarzadə, Elçin Hüseynov, Sənan Əliyev, Zarina Məmmədova, Sevinc Musayeva, Samirə Allahverdi, Xatun Əliyeva və başqaları mükafatlara layiq görülüb.

Müsabiqənin "Qran-Pri"sini, “Obsession” mahnısına görə 5000 səs toplayan müğənni Mədət İsgəndərov qazanıb.

Qeyd edək ki, sənətçilərin səsləndirdikləri mahnılar sözügedən layihədə yarışıb. “Facebook” səhifəsində ən çox bəyənilən mahnılar məhz bu mükafatla təltif olunub.

Foto: Rəşad ABBASOV