Müğənni Samirə Allahverdi həmkarı Roza Zərgərlinin ondan inciməyinə münasibət bildirib.
Sənətçi Axşam.az-a açıqlamasında R.Zərgərli ilə danışaraq məsələyə aydınlıq gətirdiyini deyib:
“Zarafatla Rozanın fotosunun altında “Bacı, sinəni ört” sözünü yazdım. Bilmirdim ki, bunu belə böyüdəcəklər. Bəlkə də media bu qədər şişirtməsəydi, Roza elə reaksiya verməzdi. Xətrinə dəydi, normal haldır. Rozanı çox istəyirəm, səhər zəng edib danışdım. Münasibətimiz yaxşıdır. Bu hərəkət mənə dərs oldu. İnstaqramda sənət dostlarıma yazdığım şərhi çox insanın oxuduğunu düşünmürdüm. İndi başa düşdüm. Bundan sonra mənim şərhimi görməyəcəksiniz, fotoları ancaq "bəyəndim" edəcəm”.
S.Allahverdi “Allahverdiyeva” soyadını dəyişməyindən də bəhs edib:
“Qızlıq soyadım Məmmədova idi, Məmmədli etdim. Ailə həyatı qurandan sonra Allahverdiyeva oldum. İndi onu Allahverdi etdim. Səhv yazırlar, bu da məni qıcıqlandırır”.
Zəhra ƏHMƏDOVA
Foto: Rəşad ABBASOV