Əməkdar artist Mətanət İsgəndərli yaxşılığa qiymət verməyənlərdən danışıb.
Axşam.az-ın xəbərinə görə, müğənni "layiq olmayan insana dəyər vermək günahdır" deyərək özünün də dəfələrlə bu günaha batdığını söyləyib:
“Qarşımdakının pis olduğunu bilmişəm, amma istəmişəm, ona həmişə yaxşılıq edim ki, utansın. Ancaq elələri ürəyini şeytana satıb".
Onların adlarını çəkməyi özünə yaraşdırmayan sənətçi, qalxdıqları zirvədən nə vaxtsa düşəcəklərini vurğulayıb:
“Onlar heç bir zirvəyə çata bilməyəcəklər. Necə saxtakarlıqla, hiyləgərliklə qalxıblarsa, eləcə də guppultu ilə düşəcəklər. Allah bilir necə gəlib, elə də salacaq yerə”.
Aynur KƏRİMLİ
Foto: Rəşad ABBASOV