Əməkdar artist Nüşabə Ələsgərlinin geyimlərində qara rəngə üstünlük verməyi diqqət çəkib.
Bunun sirrini Axşam.az-ın əməkdaşı ilə bölüşən müğənni qara libasın onu arıq göstərdiyini bildirib:
“Qara libasda özümü rahat hiss edirəm. Mənə qəşəng yaraşır, həm də arıq görünürəm. Amma bu günlərdə geyim tərzimdə dəyişiklik edəcəm. Yaşıl və narıncı rəngdə paltarlar tikdirirəm, yayda rəngli libaslar geyinmək istəyirəm”.
Foto: Rəşad ABBASOV