"Arda mənə qardaş kimidir, sevgilim deyil" - fotolar

"Arda mənə qardaş kimidir, sevgilim deyil" - fotolar
2383 dəfə oxunub
  • A-
  • A
  • A+
Psixoloq Zeynəb Selvili İnstaqram səhifəsində  futbolçu Arda Turanla birlikdə çəkdirdiyi şəkli paylaşıb və medianı bir-birinə qatıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc qız 435 adam tərəfindən bəyənilmiş fotonun altında "Fəxrimizsən. Başqa sözə ehtiyac yoxdur. Bayram başlasın. Bizi gözlə, Lissabon" sözlərini yazıb.

İzləyicilər və medianın şəkli "təzə sevgi" deyə şərh etməyi Z.Selvilini son dərəcə əsəbləşdirib. Gözəl psixoloq bu şərhlərə sosial şəbəkədə cavab verib:

"Ümid edirəm, sizə də belə böhtan atmazlar, barənizdə belə çirkin dedi-qodular çıxartmazlar. Qardaş hesab etdiyim bir insanla bağlı həqiqətdən uzaq xəbər yazanları vicdanları ilə baş-başa buraxıram. Arda mənə qardaş kimidir, sevgilim deyil".