Nigar və Fəriddən Dilarəyə dəstək - fotolar

Nigar və Fəriddən Dilarəyə dəstək -  fotolar
1708 dəfə oxunub
  • A-
  • A
  • A+
“İctimai” telekanalda yayımlanan “Yeni sədalar” verilişinin bu günki buraxılışı “Eurovision”a həsr edilib.

Axşam.az-ın məlumatına görə, verilişə qonaq olan “Eurovision” təmsilçilərimiz Nigar Camal və Fərid Məmmədov, bəstəkar Vüqar Camalzadə Dilarə Kazımovaya dəstək olublar. Fərid müsabiqədə yer tutmağın önəmli olmadığını bildirib:

“Burada əsas olan "top 10" siyahısına düşmək deyil, lazımi səviyyədə performans göstərmək, çıxış etməkdir”.
Nigar Camal müsabiqədə tək səsin önəmli olmadığını deyib:

“Burada xarizma da, səs də rol oyanyır. Ən əsası isə mahnı fərqli olmalıdır”.

Proqramda həmişəki kimi yenə də “Rumba fiesta” qrupunun solistləri Orxan, Məsut və Elşən tamaşaçıları canlı musiqiyə qonaq ediblər.

Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də İTV-də canlı yayımlanır.