Dünya şöhrətli müğənni Ledi Qaqa hər zaman sevənlərini təəccübləndirməyi bacarır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, "ARTPOP Ball Tour” çərçivəsində müxtəlif ölkələrdə konsert verən Ledi Qaqa Florida ştatında sevənlərinin qarşısına çıxıb.
28 yaşlı ulduz tez-tez səhnədə kostyumlarını dəyişib. Ən qəribəsi isə ulduzun tamaşaçılarının qarşısına tam çılpaq çıxması olub.