Bir çox hitlərə imza atan bəstəkar Pərviz Mahmudov yeni mahnılarına görə gününün çox hissəsini studiyada keçirir.
Bəstəkar Axşam.az-a açıqlamasında hazırda beş təzə mahnı üzərində çalışdığını bildirib. Onların arasında birinci elə sözləri də P. Mahmudova məxsus olan “Bağlanıb ürək” mahnısı Sevda Yahyayevanın ifasında təqdim olunacaq. Bəstəkar digər mahnıların adlarını sirr saxlasa da, ifaçılarını açıqlayıb - Röya və Günay İbrahimli. P. Mahmudov Röya ilə üç mahnı üzərində işlədiklərini deyib:
“Yalnız kompozisiyaların sözlərinin Nado və Azər Şirinə məxsus olduğunu deyə bilərəm. Mahnıların hamısı ritmikdir, dinləyicilərə əsl yay ab-havası bəxş olunacaq. Bununla yanaşı son kompozisiyalarımdan olan “Ola bilərdin” mahnısının remix versiyası da hazırlanıb”.