Xalq artisti nəvələrinə kiçik toy etdi - foto

Xalq artisti nəvələrinə kiçik toy etdi - foto
4061 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Aybəniz Haşımovanın bacısı, xalq artisti Şahnaz Haşımovanın evində toy olub.

Axşam.az mövqe.az-a istinadən xəbər verir ki, xalq artisti nəvələri Elgin, Zaur və Eldar üçün kiçik toy edib. Aybəniz Haşımova tədbirdə iştirak etmək üçün Gəncəyə yollanan həmkarlarına öz təşəkkürünü bildirib:

"Gəncə şəhərində unudulmaz gün yaşadıq. Xalqımızın dəyərli sənətkarlarına, məhşur ifaçılarımız Zakir Əliyevə, Teyyub Aslanova, Eldəniz Məmmədova, Firuzə İbadovaya, Aşıq Əhlimana, Səyyad Əlizadəyə, müğənni Aslana, əziz dostlarımız Fərid Şahbazlıya və ailəsinə, Hacıbəy Heydərliyə, ölkəmizin yüksək dərəcəli qarmon ifaçısı Rövşən Şəkili Mustafayevə və rəhbərlik etdiyi instrumental ansambla, dəyərli səs rejissoru Zahid Bayramlıya və qardaşı Ramoya sözümü yerə salmayıb, məni sayıb gəldiklərinə və məclisimizi daha da rövnəqləndirdiklərinə görə çox təşəkkür edirəm. Hər birinin övladlarının toylarında Allahın iznilə borc olsun".