Fərdadan "Top kimi" şou - fotolar

Fərdadan "Top kimi" şou -  fotolar
3917 dəfə oxunub
  • A-
  • A
  • A+
ANS telekanalında yayımlanan “Formula 3” verilişi bağlandlıqdan sonra yumor ustası Fərda Xudaverdiyev yeni layihə üzərində çalışmağa başlayıb.

Axşam.az-ın məlumatına görə, aktyor növbəti verilişinin ilk bölümünü artıq çəkib. Fərqli bir şou hazırladığını deyən Fərda bu dəfə öz zövqünə, istəklərinə üstünlük verdiyini bildirib:

“Budəfəki şoumuz heç bir sponsordan, telekanaldan asılı deyil. Sırf öz ideyamdır, bütün xərci də cibimin pulu ilə ödəmişəm. Verilişdə tək müğənnilər yox, idmançılar, aparıcılar, aktrisalar da qonaq olacaq. Montaj işləri tamamlandıqdan sonra telekanallara təqdim edəcəyik. Hansı kanalda qəbul olunsa, şərtlərlə razılaşsaq, orda yayımlanacaq”.

“Top kimi" şou adlanan verilişin ilk buraxılışında əməkdar artist Elza Seyidcahan, müğənni Emil Bədəlov, model-aktrisa Aysel Bayramova və yığma komandamızın yarımfinalçısı Mahir Şükürov qonaq olub.

Qeyd edək ki, F.Xudaverdiyevin yeni şousunun informasiya dəstəyi Axşam.az saytına məxsusdur.

Foto: Rəşad ABBASOV