Kliçkonun sevgilisi qırmızı xalıda yıxıldı - fotolar

Kliçkonun sevgilisi qırmızı xalıda yıxıldı - fotolar
2729 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynanın ağır çəkili boksçusu, dördqat dünya çempionu Vitali Kliçkonun qardaşı Vladimir Kliçkonun evlənməyə hazırlaşdığı amerikalı aktrisa Heyden Panetter qırmızı xalıda çətin vəziyyətə düşüb.

Axşam.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, 38 yaşlı Vladimir Kliçkonun sevdiyi xanım dəbli geyimi ilə Nyu-Yorkda Kostyum İnstitutunun "Met Qala 2014" bal gecəsinə qatılıb.

Nağıl qəhrəmanlarına bənzəyən Heyden xoşagəlməz hadisə ilə üzləşib. Belə ki, aktrisa həcmli libasının öhdəsindən gələ bilməyib və ayağı ilişərək yıxılıb. Əvvəlcə pərt olan Panetter daha sonra gülümsəyərək ayağa qalxıb və kameraların qarşısına keçərək poz verib.