38 yaşlı aktrisa Ancelina Coli “Elle Us” jurnalı üçün fotokamera qarşısına keçib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ağ-qara fotosessiya etdirən ulduz jurnala maraqlı müsahibə də verib.
O, ilk dəfə olaraq toy planlarından danışıb. Aktrisa bildirib ki, bəzən Bred Pittlə nişanlı olduğunu unudur:
“Uşaqlar daha çox toyun intizarındadırlar, amma bu gecənin nə zaman reallaşacağı məlum deyil. Bu, çox qeyri-adi vəziyyətdir. Biz 8 ildir evlənməyə hazırlaşırıq. Bu ideya uşaqların çox xoşuna gəlir, onlar düşünəndə ki, ata və ana evlənəcəklər xoşbəxt olurlar”.