Dünya şöhrətli müğənni Mayli Sayrus yenə də öz ampluasındadır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, xəstələndiyi üçün bir müddət yataq rejimində olan Sayrus yenidən böyük səhnəyə qayıdıb.
Londonda böyük konsert zallarından birində sevənlərinin qarşısına çıxan Sayrus möhtəşəm şou nümayiş etdirib. Həmişə olduğu kimi bu dəfə də Sayrus etikadan kənar hərəkətləri ilə tənqid hədəfinə çevrilib.