Türkiyədə yaşayan model Günay Musayeva dünən tanınmış modelyer Yıldırım Mayrukun dəfiləsində podiuma çıxıb.
Axşam.az-ın məlumatına görə, sənətə gəlişinin 50-ci ilini qeyd edən Yıldırım “2023 hekayələri” adlı 23-cü dəfiləsini gerçəkləşdirib. Dəfilədə Günay Musayeva ilə yanaşı Sema Şimşək, Ebru Öztürk, Merve Büyüksaraç və başqaları modelyerin kolleksiyasını nümayiş etdirib.