Ötən həftə türk pop müğənnisi Yusif Güneyin İngiltərədən təzəcə aldığı maşınının oğurlandığı barədə məlumat vermişdik.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, BMV X5 markalı maşın polislər tərəfindən tapılaraq sahibinə təslim edilib.
Sevilmi avtomobilinə qovuşan Y.Güneyin sevincinin həddi-hüdudu yoxdur.