Hadisə və Mustafa Cecelinin Gəncə konsertindən özəl fotolar

Hadisə və Mustafa Cecelinin Gəncə konsertindən  özəl fotolar
7705 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən Gəncədə türkiyəli ifaçılar Hadisə və Mustafa Cecelinin konserti olub.

Axşam.az-ın məlumatına görə, Ulu öndər Heydər Əliyevin 91 illiyi və “Gül bayramı" münasibətiylə keçirilən gecədə səhnəyə ilk olaraq Mustafa Ceceli çıxıb. Sənətçi Gəncəyə ilk dəfə gəldiyini və şəhəri çox bəyəndiyini vurğulayıb:

“Azərbaycana hər gəlişimdə təəccüblənirəm. Gəncədə ilk dəfədir oluram. Buranı çox bəyəndim, gözəl şəhərdir. Bir az əvvəl Heydər Əliyev parkını və muzeyi gəzdim. Çox maraqlı və gözəl muzeydi. Heyran oldum, kim Gəncəni görməyibsə, mütləq gəlsin.”

Konsertin ikinci yarısında səhnəyə Hadisə çıxıb. İfası və rəqsi ilə diqqət çəkən türkiyəli müğənni bir-birinin ardınca sevilən mahnılarını səsləndirib.

Tədbirin ən maraqlı hissəsi isə sonda Hadisə və Mustafa Cecelinin “Sən elə bir zirvəsən” mahnısını duet formasında səsləndirməsi olub.

Konsertin təşkilatçılığı prodüser Tolik edib.

Foto: Elçin Musayev, Gəncə şəhəri 

Tel: (070) 333 93 73