Məşhur türk yumor ustası Cem Yılmaz və keçmiş həyat yoldaşı, model Ahu Yağtu boşanandan sonra ilk dəfə birlikdə görüntüləniblər.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Yağtu oğlu Kamalla birlikdə aktyorun ofisinə gedib və orada təxminən, üç saata yaxın vaxt keçirib. KİV C.Yılmazın avstraliyalı sevgilisi, aktrisa Melani Şepperdin də həmin vaxt ofisdə olduğunu iddia edir. Görüş bitəndən sonra ofisdən birinci qucağında oğlu Kamalla Cem Yılmaz, ardınca da A.Yağtu çıxıb. İkili qapının ağzına toplaşmış müxbirləri görüncə təəccüblənərək “Xeyir ola?” deyə reaksiya verib.
Qeyd edək ki, iştirak etdiyi bir verilişdə senzuradan kənar ifadə işlətdiyinə görə Türkiyə Teleradio komitəsi proqramın yayınlandığı “Artı1TV” kanalına 12 min 353 lirə (təxminə 6 min dollar) pul cəzası kəsib.