Bu gün müğənni Azəri Günel Zeynalovanın anası Zöhrə xanımın ad günüdür.
Axşam.az xəbər verir ki, sənətçi valideynini sosial şəbəkə vasitəsilə təbrik edib:
“Anam, canım, hər şeyim, qəlbim, nəfəsim, yaşama səbəbim, həyata gözlərimi açmağa səbəb olan dostum, sirdaşım. Yaxşı ki, dünyaya gəlmisən, yaxşı ki, varsan! Səni çox sevirəm. Allahım səni bizə çox görməsin, atama və sənə uzun ömür versin”.