Roza türkiyəli oğlanlarla Şəkidə - fotolar

Roza türkiyəli oğlanlarla Şəkidə -  fotolar
3045 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Roza Zərgərli türkiyəli qrup “Ponkart”la birlikdə Şəkiyə yollanıb.

Axşam.az-ın məlumatına görə, şəhəri gəzən qrup üzvləri tarixi məkanlara heyran olduqlarını bildiriblər:

Qrupun üzvlərindən olan Emre Kraç “Burada ən çox Şəki "Xan Sarayı"nı görmək istəyirdik. Onunla bağlı məlumatlardan oxuduğumuza görə, sarayın tikilişində bir dənə mismardan istifadə olunmayıb” deyə bildirib.

Qrupun solistləri Şəkidən çoxlu qədim antik əşyalar alıb, məşhur halvanın dadına baxıblar. Roza Zərgərli isə duet ortaqlarının hər birinə müxtəlif hədiyyələr alıb.

Qeyd edək ki, R.Zərgərli “Ponkartla” duet oxuduğu “Oyuncaq” adlı mahnıya Şəkidə klip çəkdirəcək.