Xalq artisti Aygün Kazımova və qızı İlqarə Kazımova bu gün “Gündəlik” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, İlqarə anasından, sənətə gəlişindən söz açıb. O, Aygün Kazımovanın qızı olmağın çətinliklərindən bəhs edib:
“Aygün Kazımovanın qızı olmaq çox çətindir. Hamını tərifləyirlər, başını tumarlayırlar. Mənə gəldikdə isə paxıllıqdan hamı ifamda qüsur tutur, mız qoyurlar. Mən də pis oluram. Başqa gəncləri tərifləyirlər, yazıqdı, dəstək olaq deyirlər. Səhnədə çox kompleksliyəm. Çalışıram buna alışam. Getdikcə dəyişikliklər edəcəm, imicimdə fərqliliklər olacaq. Lazım gələrsə, saçımı keçəl də etdirəcəm”.
İlqarə “Anandan nəyi öyrənmisən” sualına “Ondan güzgüyə baxmağı götürməmişəm. Çox pisdir bu (gülür). Başqa məqamları öyrənmişəm” deyə cavab verib.
Foto: Rəşad ABBASOV