Xalq artisti Aygün Kazımova qızı İlqarədən danışıb.
Axşam.az-ın məlumatına görə, “Gündəlik” verilişinə qonaq olan müğənni qızının ifaçı olmasını istəmədiyini deyib:
“Bu sənətdəki çətinlikləri görmüşəm. Çox əziyyətlər çəkmişəm. İstəməzdim qızım da o əziyyətləri çəksin. Qızımın müğənni olmasın istəməzdim. Amma onun istəyi qarşısında acizəm. İlqarə istedadlı olmasaydı, onu bu səhnəyə qoymazdım. O konsertə yalnız anasını izləmək üçün gedərdi. Qızımın uğurunu görəndə çox kövrəlirəm, qürurlanıram. Onun sponsoru özüməm. Öz sənətimə qoyduğum sərmayənin iki qat artığını ona xərcləyirəm. Amma İlqarə mənə oxşamayıb. Heç geyim, aksessuar həvəskarı deyil. Əgər o da mənim kimi geyim həvəskarı olsaydı müflis olardım”.
Foto: Rəşad ABBASOV