Şou-biznes nümayəndələri deputatlarla futbol oynadı - fotolar

Şou-biznes nümayəndələri deputatlarla futbol oynadı - fotolar
3317 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün şou-biznes nümayəndələri ilə millət vəkilləri arasında futbol oyunu keçirilib. 
 

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, oyunda deputatlardan Qüdrət Həsənquliyev, Adil Əliyev, Zahid Oruc, Ülvi Quliyev, Fazil Mustafa, Siyavuş Novruz, Fuad Muradov oynanır. Kamran Əliyev qapını qoruyur. Şou biznes nümayəndələrindən isə meyxanaçı Vüqar, skripkaçı Səlim oynayır, qapıda isə Aşıq Əli durur.

Qeyd edək ki, Olimpiya Yığma Komandalarının Təlim-Məşq Bazasında keçirilən mini-turnir Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunub.   


Oyun 1:0 hesabı ilə incəsənət xadimlərinin qalibiyyəti ilə başa çatıb. Deputatlar hesab edirlər ki, oyunu uduzmalarına səbəb Zahid Orucun və Fuad Muradovun zəif oyun nümayiş etdirməsi olub. Eyni zamanda şou-biznes nümayəndələrinin qapısını qoruyan Aşıq Əlinin kilolu bədən quruluşu da deputatlara qapıdan qol keçirməyə imkan verməyib.