Hollivud aktrisası Mila Kunisin hamilə olması ilə bağlı xəbər vermişdik.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, heç vaxt bu barədə danışmasa da, bu günlərdə Ellen Deceneresin şousuna qatılıb və bu haqda məlumat verib.
Ulduz bildirib ki, aktyor Eşton Katçer və o artıq uşağın adını da müəyyənləşdiriblər. Hamiləlik müddətində istəklərindən də söz açan Mila maraqlı nüanslara toxunub:
“Eşton elə hesab edirdi ki, mən hamiləlik zamanı qəribə yeməklər istəyəcəyəm. Eşton soyuducunu dondurma, turşu xiyar, kələm və bu kimi qidalarla doldurmuşdu. Mən nəsə istəyən kimi Eşton dərhal soyuducaya tərəf qaçıb, onu mənə gətirirdi”. Aktrisa həmçinin bildirib ki, Eşton dərslərə başlayıb və rus dilini öyrənir. O, uşağının da bu dildə danışmasını arzulayır.
Xatırladaq ki, cütlüyün qız övladı olacaq.