Türkiyəli müğənni Oğuzhan Koç dostu Çağrı Telkıvıranla restorandan çıxarkən görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Demet Özdəmirlə münasibətlərini sonlandırdıqdan sonra ilk dəfə kameralara tuş gələn müğənni müxbirlərdən onunla bağlı sual eşitməmək üçün əlindən gələni edib.
Sənətçinin avtomobili çıxışa gətirilib, qarşısında isə başqa bir maşın saxlatdırılıb və dayanacağın işıqları da söndürülüb. Digər avtomobil isə geriyə hərəkət edərkən divara çırpılıb. Təşvişə düşən Oğuzhan daha sonra sürətlə avtomobilə əyləşib və oradan uzaqlaşıb.