Qonşularına görə villasını satır - Fotolar

Qonşularına görə villasını satır - Fotolar
1101 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstraliyalı reper İqqi Azaliya Kaliforniyada yerləşən malikanəsini satışa çıxarıb.

Axşam.az xəbər verir ki, buna səbəb ifaçının oğluna oyun meydançası tikmək üçün qonşularından icazə ala bilməməsi olub. O, evi 6,2 milyon dollar qarşılığında yeni sahibinə təqdim edəcək.

500 kvadratmetrlik ikimərtəbəli evdə yataq, vanna otağı, mətbəx, idman zalı, hovuz, ofis, spa və dörd maşınlıq qaraj var.

Qeyd edək ki, İqqi sözügedən mülkü bir il əvvəl 5,2 milyon dollara almışdı.