"Zaman maşını"nın aktrisası vəfat etdi

"Zaman maşını"nın aktrisası vəfat etdi
577 dəfə oxunub
  • A-
  • A
  • A+

"Zaman maşını" (1960) filmində Uina obrazını canlandıran aktrisa İvet Mimyo 80 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə çərşənbə axşamı "The Hollywood reporter" jurnalı ailəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, aktrisa ötən gecə Los-Ancelesdə yerləşən evində dünyasını dəyişib. Onun ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, İvet "Oğlanların olduğu yerdə"(1960), "Meydanda işıq" (1962), "Çardaqdakı oyuncaqlar" (1963) filmlərindəki rolları ilə məşhurlaşıb.