Demet qısqanclıqdan Handeni sildi

Demet qısqanclıqdan Handeni sildi
2338 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisalar Demet Özdemirlə Hande Erçel arasına qısqanclıq girib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Demet sosial media hesablarında Handeni izləmədən çıxarıb.

Buna səbəb isə aktrisanın onunla eyni agentlikdə çalışdığı həmkarına daha çox təklifin gəlməsidir. Məlum olub ki, yeni ekran işləri daha çox Hande ilə əməkdaşlıq etmək istəyir.

Şəxsi həyatında və işində problem yaşayan Demetin Handeni instaqramda silməsi onun qısqanclığı kimi qiymətləndirilib.

Qeyd edək ki, Demet bir müddət əvvəl sevgilisi, ifaçı Oğuzhan Koçdan ayrılıb.