İlham Əliyevin qızları və nəvələri avto yürüşdə - fotolar

İlham Əliyevin qızları və nəvələri avto yürüşdə - fotolar
9050 dəfə oxunub
  • A-
  • A
  • A+
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar mayın 9-da Bakıda klassik avtomobillərin yürüşü təşkil olunub.

Axşam.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısından start götürən və Azadlıq meydanında başa çatan yürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov iştirak edib.
Klassik avtomobillərin yürüşü paytaxt Bakıda Azərbaycan Avtomobil Federasiyasının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə açılacaq sərgi çərçivəsində keçirilib.

Paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının böyük marağına səbəb olan bu avtoyürüş Ulu Öndərin xatirəsinə ehtiramın daha bir nümunəsi oldu. Güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın tarixinə qızıl səhifələr yazan Ümummilli Liderin quruculuq salnaməsi, onun Azərbaycana rəhbərlik etdiyi illər milli intibah dövrü kimi əbədiləşib.

Artıq hazırlıq işlərinə başlanmış “Klassik avtomobillər sərgisi”ndə müxtəlif illərdə və ölkələrdə istehsal olunan avtomobillər nümayiş etdiriləcək. Bildirilib ki, sərgi avtomobil həvəskarlarını bir araya gətirərək nostalji hisslər yaratmaqla yanaşı, avtomobil istehsalı tarixinə ekskursiya xarakteri daşıyır.

Heydər Əliyev Mərkəzində maraqlı məkan dizaynı ilə fərqlənəcək sərgidə vətəndaşlar da öz şəxsi klassik avtomobillərini nümayiş etdirə bilərlər. Sərgi müddətində şəxsi klassik avtomobillərini nümayiş etdirmək istəyən vətəndaşlar avqustun 5-dək avtomobilləri barədə məlumatı Azərbaycan Avtomobil Federasiyasının [email protected] elektron ünvanına göndərə bilərlər.

Mənbə: AzərTac