Fransalı məşhur aktyor Qaspar Uliel faciəvi şəkildə ölüb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı aktyor xizək sürərkən qəza keçirib və huşunu itirib. Helikopterlə xəstəxanaya çatıdırılan aktyoru xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Q.Uliel "Uzun nişan", "Sen-Loran", "Stil mənəm", "Bu sadəcə dünyanın sonudur", "Hannibal" kimi filmlərdəki obrazlarıyla tanınıb.