“WhatsApp” növbəti yeniliyini istifadəçilərin ixtiyarına verməyə hazırlaşır.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq mesencerdə səsli mesaj yazarkən fasilə və ya davam etmək funksiyası da istifadəçilər üçün əlçatan olacaq.
Qeyd edək ki, hazırda “WhatsApp”ın "Android" əməliyyat sistemi ilə çalışan beta versiyasında yazışmanın içində olmadan səsli mesajlara qulaq asmaq da mümkündür.